Bərdə rayon MKS-də yeni kitabların təqdimatı keçirilib-FOTO
6-07-2017, 11:41
Oxunub: 4 059
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-də yeni kitabların təqdimatı keçirilib
Bolgexeber.com bildirir ki, Regional İdarənin Bərdə rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada kitabxanaya yeni daxil olunmuş ədəbiyyatların təbliği məqsədi ilə yeni kitabların təqdimatı təşkil edilib.
Tədbirdə rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak edib.
Tədbiri kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açıb və bildirib ki,: - “ Son dövrdə kitabxanalarımıza həm klassik , həm müasir dövr yazıçılarının və şairlərinin əsərlərinin alınması kitabxanaya gələn oxucuların tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır.Həmin kitabların oxuculara çatdırılması üçün təqdimat mərasimlərinin keçirilməsi diqqət mərkəzindədir. Xarici müəliflərin müxtəlif mövzularda yazılmış əsərləri dilimizə tərcümə edilərək kitabxanalara verilməsi təqdirəlayiqdir. Xüsusilə bədii əsərlərin dilimizə tərcümə edilməsi çox böyük inkişafdır. Mütaliə insana yaxşı danışma və anlama bacarığı verir. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir”.
Baş kitabxanaçı Fəxriyyə Quluyeva son ildə kitabxanaya daxil olunmuş yeni ədəbiyyatlar barədə məlumat verib. O, M.Əliyev "Dağlar oğlu", S.Rüstəmxanlı "İki kəlmə", Müşfiq Xan "02", Çingiz Abdullayev "Şərq küləyi", A.Quluyev "Ağrı", E.Xanəlizadə "Yol", Varis "Son məktub" və başqa kitablar haqqında qısa annotasiya verib. Daha sonra “Yeni kitablar” adı ilə tərtib edilmiş məlumat bülletenləri oxuculara təqdim edilib.
Fəal oxucular isə öz növbələrində bir daha kitabların bilik mənbəyi olmasından, kitab oxumağın düşüncə qabiliyyətini inkişaf etdirməsindən, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklini dəyişdirməsindən, doğru qərarlar verib seçimlər etməyə kömək etməsindən danışıblar.
Sonda tədbir iştirakçıları kitabxanada təşkil olunmuş “Yeni kitablar” adlı sərgi ilə də tanış olublar.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər