ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI
6-07-2017, 16:16
Oxunub: 2 352
Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edib
Bolgexeber.com Lent.az-a istinadən xəbər verir ki, ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.
Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Çıxılmaz vəziyyətdə qalan amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər