BolgeXeber.Com » Xəbərlər » Seçiciləri Çingiz Qənizadə haqqında nələr yazdı?

Seçiciləri Çingiz Qənizadə haqqında nələr yazdı?

7-08-2017, 16:28
Oxunub: 3 076 Seçiciləri Çingiz Qənizadə haqqında nələr yazdı?"Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə haqqındadır

Rubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Bir müddət əvvəl də əməkdaşlarımız Çingiz Qənizadənin seçiciləri ilə görüşmüş və seçicilər razılıqlarını bildirmişdilər.
Bu dəfəki "Bölgə TV-nin" elekrton poçt ünavına göndərilən mesajlardan hiss olunur ki, o gündən bu günə seçicilərin rifahı daha da yaxşıya doğru dəyişib:
"Bizim sosial-iqtisadi bir çox problemlərimizin həllində birbaşa Çingiz Qənizadənin rolu var. Vaxtaşırı bizi görməyə gəlir, kəndlərdəki seçiciləri ilə maraqlanır. Bəhrəmtəpə qəsəbəsi, Qızılkənd, Qaragüvəndikli, Şahverdili və digər kəndlərdə yaşayan seçicilər arasında ehtiyacı olan şəxslərəyardım əlini uzadır. Millət vəkilimiz daim bizi üçün əlçatan olub. Seçki dövründə verdiyi mobil nömrəni hələ də işlərdir və biz nəö vaxt lazım olsa, Çingiz Qənizadə ilə əlaqə saxlayırıq." - deyə seçicilər yazıblar.

Yazılanla bağlı fikirlərini öyrənmək üçün Çingiz Qənizadə ilə əlaqə saxladıq. Çingiz Qənizadə vacib bir tədbirdə olmasına baxmayaraq, dəstəyi qaldırdı və öz münasibətini bildirdi:
"Biz millət vəkilləri təbii ki seçicilərin problemlərini birbaşa həll edə bilmərik, amma həmin məsələləri müvafiq icra orqanlarına çatdırmaq bizim borcumuzdur. Bu günə qədər əlimdən gəldiyi qədər seçicilərin problemlərini işıq üzünə çıxarıb həll olunmasına çalışmışam. Bundan sonra da belə olacaq. Mobil nömrəmi seçicilər bilirlər və mənimlə mütamadi əlaqə saxlayırlar. Ölkə xaricində işgüzar səfərdə olsam belə, imkanlarım daxilində müraciət edən sakinlərin problemlərini həll etməyə çalışıram."
Qeyd edək ki, Çingiz Qənizadə Milli Məclisin 4-cü çağırış deputatıdır və həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Rubrikamızın növbəti reportajı 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilmiş Malik Həsənov və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən seçilmiş Hacı Salayev haqqında olacaq.