BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtını və mədəni istirahətini səmərəli şəkildə təşkil edir-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtını və mədəni istirahətini səmərəli şəkildə təşkil edir-FOTO

10-07-2017, 18:10
Oxunub: 2 163 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtını və mədəni istirahətini səmərəli şəkildə təşkil edir-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili və mədəni istirahəti üçün davamlı olaraq tədbirlər təşkil edir. Təşkil olunan tədbirlər izləyicilərdə böyük ruh yüksəkliyi yaradaraq əhalinin marağına səbəb olur

Regional İdarənin təşkilatçılığı ilə Bərdə rayon nümayəndəliyinin tabeliyində olan şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin kollektivi Bərdə rayonunda yerləşən bark-bulvar kompleksində, açıq hava altında yerləşən səhnədə geniş və maraqlı konsert proqramı ilə çıxış edib.
Yerli əhali, şəhərin qonaqları və rayona təşrif buyurmuş turistlərin də yaxından iştirak etdiyi tədbir şən və şux musiqi nömrələri ilə davam edib. Tanınmış incəsənət ustalarının ifa etdikləri muğam və xalq mahnıları isə tədbirə başqa bir gözəllik qatıb.
İncəsənət məktəbinin rəqs sinfinin şagirdlərinin bir-birindən maraqlı rəqsləri də alqışlarla qarşılanıb.
Tədbirdə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova əhalinin asudə vaxtının səmərəli təşkili üçün Regional İdarənin hazırladığı tədbirlər planından, bu barədə görülmüş işlərdən söz açıb. Çıxışını davam etdirən Validə xanım tədbir iştirakçılarına xoş istirahətlər arzulayaraq onları rəngarəng konsert proqramını izləməyə dəvət edib.
Onu da qeyd etmək yerinə düşər ki, regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri müxtəlif istirahət və əyləncə parklarında, hərbi hissələrdə, qaçqın şəhərciklərində bu mövzuda mütəmadi olaraq görüşlər təşkil edərək əhaliyə musiqi çələngiylə dolu gözəl anlar yaşadır.
Qeyd edək ki, bu tipli tədbirlər Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən müntəzəm şəkildə təşkil olunmaqdadır.
Bolgexeber.com