ÜAK-ın Saxalin regional bölməsinin rəhbəri diplomla təltif edildi - FOTOLAR
12-07-2017, 09:38
Oxunub: 3 338
Nazir Hətəmov 2012-ci ildən ehtiyata buraxılmış və hazırda Rusiya Silahlı Qüvvələrinin təqaüdçüsüdür
7NEWS.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional bölməsinin rəhbəri Nazir Hətəmov "İctimai fikir” nəşrinin ali mükafatına laiq görülüb.
Nazir Hətəmov1976-cı iliniyul ayının 10-daLaçın rayonunun Danbulaq kəndində anadan olmuşdur. Hərbçi ailəsində böyüyən Nazir Hətəmov 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra,Xabarovskişəhərində Ali Hərbi məktəbə daxil olmuşdur. 2005-ci ildə isə Vladivastok Dövlət İqtisad Universitetini bitirmişdir.
Nazir Hətəmov Ali Hərbi məktəbi bitirdikdən sonra, Amur vilayətində - Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətə başlamış, bir çox vəzifələri tutaraq, "Kapitan" rütbəsinə qədər yüksəlmişdir. Daha sonra Saxalində hərbi tapşırıq almış və Saxalin Vilayəti Hərbi Komissarlığında xidmət rəisi vəzifəsində çalışmışdır. Hərbi qulluq etdiyi müddətdə müxtəlif tərifnamə vəmedallarla təltif olunmuşdur.
Nazir Hətəmov 2012-ci ildən ehtiyata buraxılmış və hazırda Rusiya Silahlı Qüvvələrinin təqaüdçüsüdür. 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədridir. 2015-ci ildə isə Saxalin vilayəti qubernator yanında millətlərarası və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilmişdir.
Diaspor fəaliyyəti ilə də məşğul olan Nazir Hətəmov Azər KIVIHI-nın sədri Çingiz Qurbanoğlu tərəfindən "İnam Şərəf" və "Azərbaycan Bayrağı" diplomuna, Veteranlar təşkilatının medalına və "Presspark" jurnalının fəxri diplomuna layiq görülmüşdür.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər