BolgeXeber.Com » Xəbərlər » “Altes Plaza”da özbaşınalıq: Sakinlər narazılıq edir –10 ildən sonra damda ev tikilir- VİDEO

“Altes Plaza”da özbaşınalıq: Sakinlər narazılıq edir –10 ildən sonra damda ev tikilir- VİDEO

14-07-2017, 16:30
Oxunub: 9 964 “Altes Plaza”da özbaşınalıq: Sakinlər narazılıq edir –10 ildən sonra damda ev tikilir- VİDEOYasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan “Altes Plaza”ya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır

Bolgexeber.com xəbər verir ki, problemlə bağlı Qafqazinfo-ya bina sakini, jurnalist Azər Qərib məlumat verib.

Jurnalist qeyd edib ki, onları əsas narahat edən məsələ 10 ildən sonra şirkətin binanın 17-ci mərtəbəsində yenidən mənzillər tikməsidir: “Halbuki şirkət yeni mərtəbə ucaltmaq üçün layihə müəllifindən də icazə almalıdır. Amma layihənin müəllifi ilə bu barədə söhbət aparılmayıb və ondan icazə alınmayıb. Bundan əlavə, illərdir burada yaşamağımıza baxmayaraq, hələ də şirkət bizə “kupça” vermir. Vaxtilə layihədə bizə təqdim etdikləri bəndlər üzrə öhdəliklərini də yerinə yetirmirlər. Binanın qarajını toz basıb, divarların üzlüyü qopub. Giriş yanğın çıxışındandır. Çünki binanın ayrıca yanğın çıxışı da yoxdur”.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

Problemlə bağlı videosüjeti təqdim edirik: