BolgeXeber.Com » Xəbərlər » Astarada ağır yol qəzası baş verib-VİDEO

Astarada ağır yol qəzası baş verib-VİDEO

17-07-2017, 12:50
Oxunub: 2 159 Astarada ağır yol qəzası baş verib-VİDEOAstarada baş verən avtoqəzanın təfərrüatları məlum olub

"Bölgə TV"nin Cənub bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər öldüb, daha bir nəfər isə xəsarət alıb. Belə ki, Astara rayon sakini 1980-ci il təvəllüdlü Həsənov Xalid Tofiq oğlunun idarə etdiyi "Mersedes" markalı 90 BG 451 dövlət nömrə nişanlı avtomaşının yolayrıcında Bakı şəhər Xəzər rayon sakini Cavadzadə Pərvin Şaiq oğlunu idarə etdiyi "Kamaz" markalı 90 JA 843 dövlət nömrə nişanlı avtomaşının qarşısına çıxaraq düzgün olmayan manevr edərək qəzaya şərait yaradıb.
Nəticədə ürəktutmasından əziyyət çəkən əmisi arvadı 1955-ci il təvəllüdlü Astara şəhər sakini Rəhimova Şabacı Tacəddin qızını xəstəxanaya aparmaq əvəzinə X.Həsənov özü ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ş.Rəhimova isə ciddi xəsarət almadığı üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin şokunu yaşayan 67 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, axşam satlarında ürək çatışmazlığından xəstəxanada dünyasını dəyişib. Mərhumun meyidi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com