BolgeXeber.Com » Xəbərlər » Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar - Samuxda RƏZALƏT

Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar - Samuxda RƏZALƏT

25-07-2017, 11:26
Oxunub: 3 061 Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar - Samuxda RƏZALƏTSamux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib

Hadisə rayonun Ziyadlı kəndində baş verib. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qaynanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır. (Report)