BolgeXeber.Com » Xəbərlər » "İkincidə tüfəng açıldı" - Oğuzda qonşu qonşusunu güllələdi - VİDEO

"İkincidə tüfəng açıldı" - Oğuzda qonşu qonşusunu güllələdi - VİDEO

25-07-2017, 14:56
Oxunub: 2 167 "İkincidə tüfəng açıldı" - Oğuzda qonşu qonşusunu güllələdi - VİDEOÖtən gün saat 17:30 radələrində Oğuz rayonu Yaqublu kəndi ərazisində güllələnmə hadisəsi qeydə alnıb

ARB Şəki xəbər verir ki, əldə olunan məlumatlara əsasən hadisəyə iki qonşu arasındakı münaqişənin səbəb olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, münaqişə İsayev Laçın Yaqub oğlunun traktorunu Ramin Nazarovun evinin yaxınlığında saxlaması ilə əlaqəli olub. Mübahisə zamanı Ramin qonşusu Laçına atəş açıb. Xəsarət alan şəxs ilk öncə Oğuz RMX-na aparılıb. Daha sonra müalicəsinin davamı üçün Şəki RMX-yə çatdırılıb. Şəki xəstəxanasından verilən məlumata görə, xəsarət alan Laçın İsayev boyunun ön səthində güllə yarası ilə hemorodik şok vəziyəttində xəstəxanaya daxil olub. O, dərhal cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstənin vəziyəti ağır qiymətləndirilir.

Ceyhun Əliyev (Hadisə şahidi): "Qapıdan çıxdı, dedi ki, sənə deməmişəm burda traktor saxlama? Atdı. Birincidə açılmadı, ikincidə açıldı".

Faktla bağlı Oğuz rayon polis şöbəsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.