Pomidorun qiyməti niyə qalxıb?
25-07-2017, 15:33
Oxunub: 2 846
Pomidorun bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb
“Qafqazinfo” xəbər verir ki, istehlakçılar bildirib ki, 1 manat 60 qəpikdən aşağı pomidor tapmaq müşkülə çevrilib. Hətta bəzi supermarketlərdə pomidorun kilosu 2 manatdan satılır.
Bolgexeber.com xəbər verir ki, “Qafqazinfo” pomidorun qiymətində baş verən bahalaşmanı və qıtlığın səbəblərini araşdırıb.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: “Əsasən də pomidorların Rusiya bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir. Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur.
İkincisi, indi elə bir mövsümdür ki, artıq istixana şəraitində yetişdirilən məhsul tükənir. Açıq şəraitdə isə bizdə pomidor istehsalı çox azdır. Yəni bazara məhsul az çıxır. Həm də benzinin qiymətinin artımı artıq bəzi məhsullara, o cümlədən pomidora da təsir edib. Belə ki, pomidor istixanalardan minik maşınlarına, qazellərə yığılır. Sonradan isə yük maşınlarına daşınır. Bu halda isə, minik maşınlarındam istifadə edənlərin benzin xərci də artır”.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, bazarda pomidor qıtlığından söhbət gedə bilməz: “Çünki şimal və cənub rayonlarında açıq sahələrdə əkilən pomidorların yetişmə fazası başlayıb. Bu pomidorlar da artıq bazarda satılmaqdadır. Qiymətə gəlincə isə, şənbə-bazar günü keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiyməıti 50 qəpik- 1 manat arasında dəyişirdi”.
Nəzərə çatdıraq ki, 2017-ci ilin 6 ayında qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) tutub. Hesabat dövründə 121 milyon dollar dəyərində pomidor ixrac olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər