Baş Prokurorluq sayt rəhbərliyinə xəbərdarlıq etdi
28-07-2017, 18:33
Oxunub: 2 777
Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Moderator.az” informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edilib
Bolgexeber.com xəbər verir ki, bu barədə prokurorluğun bu gün yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə sensasiya naminə yalan, qərəzli və dəqiqləşdirilməmiş digər məlumatların heç bir lüzum olmadan yayılmaması tövsiyə edilməsinə baxmayaraq, “Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb: “Qeyd edilənlərlə əlaqədar agentliyin baş redaktoru Zülfüqar Hüseynzadə və redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətlərinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər