BolgeXeber.Com » Xəbərlər » “Rusiya konkret addım atmasa, sanksiyalar daha da sərtləşəcək”

“Rusiya konkret addım atmasa, sanksiyalar daha da sərtləşəcək”

29-07-2017, 13:43
Oxunub: 2 210 “Rusiya konkret addım atmasa, sanksiyalar daha da sərtləşəcək”“ABŞ-ın sanksiyalarının dünyaya da çox təsirləri olacaq”

ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar haqqında qanunu təsdiqləyib. “RİA Novosti”nin verdiyi xəbərə görə, senatorların əksəriyyəti sənədi dəstəkləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsini qəbul edib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.

Yeni sanksiyaların 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola biləcəyi vurğulanır ki, bu da dünya iqtisadiyyatı, o cümlədən ölkəmiz üçün zərbə ola bilər.

“ABŞ-ın sanksiyalarının dünyaya da çox təsirləri olacaq”

ABŞ-ın sanksiyalarının dünya iqtisadiyyatına zərbəsini şərh edən iqtisadçı Samir Əliyev Hurriyyet.org-a bildirdi ki, sanksiya tətbiq edilən ölkələrdən Rusiya Avropa ölklərinin eneji baxımından təmin olunmasında müəyyən bir çəkiyə malikdir: “ABŞ-ın sanksiyaları daha çox sanksiya tətbiq edilən ölklərin iqtisadiyyatına təsir göstərəcək, amma dünyaya da çox təsirləri olacaq. Çünki Avropa olkələri Rusiyadan enerji asılılığı olan ölkələrdir. Həmin ölkələr alternativ mənblərdən, o cümlədən Azərbayanın neft və qazından isifadə etməklə Rusiyadan asılılığı azaltmağa çalışırlar. Düzdür, artıq alternativ enerji mənbələrinin yaranması eneji asılılığını azaldan amillərdən biridir. Amma hələ problem tam həll olunmayıb. Düşünürəm ki, bu addım həm adı çəkilən ölkələrə, həm də bu ölkələrdə işləyən xarici şirkətlər üçün bu və ya digər formada müəyyən bir çətinliklər yaradacaq. Azərbaycan neft şirkətləri üçün də müəyyən bir çətinlik yarada bilər. Nəzərə alaq ki, bizim “Cənub Qaz Dəhlizi”ndə Rusiya müəyyən bir paya malikdir. Bunun özü də müəyyən narahatçılıqlar yarada bilər”.

“Azərbaycanın vəzifəsi odur ki, prosesdə maksimum dərəcdə öz mövqeyini qoruyub saxlaya bilsin”

“Blomberq” agentliyi bildirib ki, Amerika Rusiya ilə əməkdaşlıqda 33 faiz payı olan şirkətlərə bu sanksiyaları tətbiq etmir fikrinə ekspert belə münasibət bildirdi: “Söhbət sanksiyaların getikcə sərtləşməsindən gedir. Baxın, Rusiyaya sanksiya tətbiq edəndə 90 gün nəzərdə tutulurdu. Sonra bu müddət aşağı salınmağa başladı. Əvvəlcə 30 gün, sonra 60 gün oldu. Yən heç kim zəmanət vermir ki, sabah bu pay azaldılmaycaqdır. Yəni Amerika birbaşa sanksiya tətbiq etmir. Bu proses tədricən həyata keçirilir ki, bunda maxsimum dərəcədə zərər az olsun. Avropa ölkələrində fermerlərdən tutmuş digər şirkətlərə qədər bundan əziyyət çəkirlər. Bunun kompensasiya mexanizmi axtarılır və onlara müəyyən qədər kompensasiya olunur. Yəni bu proses bununla bitməyəcək. Bu uzun müddətli bir prosesdir. Rusiya konkret bir addım atmasa, yəni Ukrayna və digər ölkələrlə münasibətdə dəyişiklik etməsə, sanksiyalar daha da sərtləşəcəkdir. Proses artıq işə salınıbdır. Bunlar daha çox 80-ci illərin əvvəlini xatırladır. Onda da dünyada SSRİ-nin dağıdılması istiqamətində proses başlamışdı. İndi də Rusiya ilə bağlı eyni proseslər baş verir. Azərbaycan da bu prosesdən zərbə alacaq durumda alacaq, amma Azərbaycanın vəzifəsi odur ki, prosesdə maksimum dərəcdə öz mövqeyini qoruyub saxlaya bilsin. Bu sanksiyalar nəticəsində Rusiyada soydaşlarımıza da zərbə deyəcək, həm də neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri var. Biz maksimum dərəcədə bunu gözümüzün önünə almalıyıq. O baxımdan, demək olmaz ki, təkcə adı çəkilən ölkələr zərbə alacaq. Digər ölkələr də zərbə alacaqdır. Amma əlbəttə ki, daha çox sanksiya tətbiq olunan ölkələr zərbə alacaq”.

“Rusiya neft ölkəsi olmasına baxmayaraq, texnologiyasının 70 fazi xaricdən gəlir”

Əliyev xatırlatdı ki, əvvəlki sanskiayalardan sonra artıq Rusiyanın xaricdən texnolgiyalar cəlb etmək imkanları məhdudlaşdı: “ Rusiya neft ölkəsi olmasına baxmayaraq, texnologiyasının 70 fazi xaricdən gəlir. Bu artıq həmin ölkənin iqtiadiyyatı haqqında təsəvvür etməyə əsas verir. Texnologiya ona görə lazımdır ki, məhsulun maya dəyəri aşağı düşür, məhsul daha keyfiyyətli, rəqabət qabiliyyətli olur. Rusiya bundan geri qaldıqca, təii ki, bu onun məhsullarının rəqabət qabiliyyətinə təsir göstərəcək”.

“Rusiya bazardan hansı formada çıxarsa, onu əvəz etməyə hazır olan ölkər olar”

“Neftin qiymətinə gəlincə, təbii ki, neft bazarı digər bazarlardan çox fərqlənir. Bu daha çox siyasi xarakter daşıyır. Bu gün neftin qiyməti 50 dollardan yüksəkdir. İnanmıram ki, bu prosedən sonra qiymət daha da qalxsın. Yəqin ki, bu prosesdən sonra yenidən üzüaşağı gedəcək. Yəni təxminən 40-50 dollar arası interval müəyyən olunubdur. OPEK-in addımları hələ ki, effekt vermir. Hələ də bır sıra ölkələr OPEK-in qərarına qoşulmaqda maraqlı deyil. Amerikanın özü getdikcə hasilatı artırır.Yəni kimlərin bazarı tərk etməsi o demək deyil ki, qiymət qalxacaq. Bu gün kifayət qədər neft istehsal edən ölkələr var. Rusiya bazardan hansı formada çıxarsa, onu əvəz etməyə hazır olan ölkər olar. Hələ alternativ enejini mənbələrini demirəm. Bu gün bir məqalə oxudum ki, artıq 2030-cu ildə dünyada benzinə olan tələbat 60 faiz azalacaq. Təsəvvür edin ki, neftin yarısı benzinə sərf olunur. Görün, bu nə deməkdir. Hər bir halda alternativ enerji, külək, günəş, digər enerjilərin inkişafı neftə olan tələbatı getdikcə azaldır. Bunu başa düşən ölkələr, o cümlədən də Amerika neft hasilatını getdikcə artırır. Bu baxımdan, düşünmürəm ki, ciddi qiymət artımı olacaq. Bazarda kifayət qədər neft var”, - deyə ekspert bildirdi.