BolgeXeber.Com » Xəbərlər » Broyler fabrikində partlayış: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı-VİDEO

Broyler fabrikində partlayış: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı-VİDEO

1-08-2017, 10:41
Oxunub: 1 882 Broyler fabrikində partlayış: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı-VİDEOLerikdə broyler fabrikində güclü partlayış olub.Hadisə zamanı bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Hadisə rayonun Piran kəndi ərazisində broyler fabrikinin kəsim sexində qeydə alınıb.Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçlilərə dəyib. Nəticədə orada işləyən Lerikin Piran kənd sakini, 35 yaşlı Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. Partlayış nəticəsində daha iki nəfər 39 yaşlı Mehman Ağamir oğlu Əliyev və 42 yaşlı Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
Onlardan biri Lerik rayon mərkəzi xəstəxanasına, digəri isə Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Hazırda vəziyyətinin orta-ağır olduğu deyilir.Hadisəyə səbəb kimi qaz sızması göstərilir.

Faktla bağlı Lerik rayon Prokururlğunda araşdırma aparılır.
Bolgexeber.com