BolgeXeber.Com » Xəbərlər » Dənizə gedən üç gənc kolbasadan zəhərlənib-VİDEO

Dənizə gedən üç gənc kolbasadan zəhərlənib-VİDEO

1-08-2017, 10:44
Oxunub: 1 698 Dənizə gedən üç gənc kolbasadan zəhərlənib-VİDEOMasallıdan Lənkəran rayonuna dənizə gələn üç gənc aldıqları kolbasadan zəhərləniblər

Hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb. Masallı rayonu, Həsənli kənd sakinləri, 29 yaşlı Samir Abbasov, 31 yaşlı Elşən Hüseynov və 29 yaşlı Fərid Məhərrəmov dənizdə çimmək üçün Lənkərana gələrkən marketlərin birindən kolbasa alıblar. Məhz həmin kolbasanı yedikdən sonra hər üç gəncin halı pisləşib. Zəhərləndiklərini hiss edən gənclər xəstəxanaya getmək üçün dərhal avtomobilərinə minərək Ələt-Astara magistral yoluna çıxıblar. Yolda isə onlara ilkin köməkliyi göstərən bu yolda xidmət aparan yol patrul xidmətinin inspektorları Samir Süleymanov və Ruslan Kərimov olub. Zəhərlənən hər üç nəfər patrul xidmətinin inspektorlarının köməyi ilə qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada göstərilən ilkin tibbi yardım tədbirlərindən sonra hər üç gənc İnfeksion şöbəyə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərin birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Onların müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində davam etdirilir.
Bolgexeber.com