25 yaşlı qadın qonşusu tərəfindən vəhşicəsinə döyülüb-VİDEO
1-08-2017, 10:48
Oxunub: 2 218Masallıda 25 yaşlı qadın qonşusu tərəfindən döyülüb
Hadisə axşam saatlarında Masallı rayonunun Səmidxan kəndində baş verib. Kənd sakini Könül Ağayeva yaşadığı evdən bir qədər aralıda kəndin girəcəyində qonşusu Akşin Əliyev tərəfindən döyülüb. Zərərçəkmiş Könül Ağayeva bacısı Sevil Əliyevanın köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi müayinələrdən sonra xəstəyə burun sümüyünün sınığı diaqnozu qoyulub. Müayinələdən sonra Könül Ağayeva ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Bolgexeber.com