BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəliklərində seminar-müşavirə keçirilib-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəliklərində seminar-müşavirə keçirilib-FOTO

2-08-2017, 13:36
Oxunub: 2 190 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin  nümayəndəliklərində seminar-müşavirə keçirilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər və Bərdə rayon nümayəndəliklərində seminar-müşavirə keçirilib

Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutan seminar-müşavirəni Regional İdarənin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov açaraq ay ərzində mədəniyyət müəssisələrində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Seminar müşavirənin gündəliyində duran məsələlərdən 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü, 2 avqust Azərbaycan kinosu günü , Xan qızı Natəvanın anadan olmasının 185 illiyi və xalq şairi Mirvari Dilbazinin anadan olmasının 105 illiyi mövzusunda çıxışlar edilib.

Daha sonra ay ərzində mədəniyyət müəssisələrində əmək intizamının vəziyyəti müzakirə olunaraq qabaqcıl təcrübənin əldə edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində də seminar-müşavirə keçirilib. Seminarda dövr ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, mətbuatla daha geniş şəkildə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

Seminar-müşavirəni çıxış sözü ilə Regional İdarənin məsləhətçisi Validə Nabatova açıb. Validə xanım seminar-müşavirənin gündəliyində duran məsələlərdən söz açaraq 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü, 2 avqust Azərbaycan kinosu günü və digər əlamətdar günlərdən bəhs edib. O, həmçinin, müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin əvəzedilməz xidmətlərindən danışıb. Bununla yanaşı Validə xanım çıxışında ulu öndərin əbədiyaşar kəlamlarından da missal gətirib : - “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

Daha sonra seminar-müşavirədə çıxış edən Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova klub müəssisələrinin fəaliyyəti haqqında danışıb. Gülbəs xanım fəaliyyətinə görən fərqlənən klub müəssisələrindən söz açaraq digər mədəniyyət müəssisələri ilə qarşılıqlı fəaliyyətə və sağlam rəqabət aparmağa dəvət edib. Bundan başqa bir qrup klub müəssisəsi rayon Mədəniyyət mərkəzi tərəfindən Diplomla təltif olunub.

Sonda çıxış edən Bərdə rayon MKS-nin direktoru Havva Mirzəyeva kitabxanaların fəaliyyətinin genişləndirilməsi və kitabxanalarda göstərilən digər mədəni xidmətlərin artırılmasından bəhs edib. Havva xanım kitabların insan həyatında olan mühüm rolundan danışaraq gənc nəsildə kitab oxuma dəbinin daha da formalaşdırılmasının vacibliyini qeyd edib.
Bolgexeber.com