BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi rəngarəng konsert proqramı təşkil edib
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi rəngarəng konsert proqramı təşkil edib
2-08-2017, 18:17
Oxunub: 2 717
Yay turizm mövsümünün davamı olaraq rayona təşrif buyurmuş turistlərin o cümlədən yerli əhalinin asudə vaxtınızın səmərəli təşkili məqsədilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan park bulvar kompleksində rəngarəng konsert proqramı təşkil edib
Öncə tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova Regional idarənin bununla bağlı həyata keçirilən tədbirlər planından və qarşıda duran digər layihələrdən söz açıb.Çıxışını davam etdirən Validə xanım bölgədə turizmin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən və bu sahəyə dövlət tərəfindən göstərilən qayğıdan danışıb.
Konsert proqramı Regional idarənin təşkilatçılığı və Divanlı kənd uşaq musiqi məktəbinin kollektivinin iştirakı ilə baş tutub.Bununla yanaşı tədbirdə digər tanınmış incəsənət ustaları da iştirak edib.Tədbirdə bir-birindən gözəl xalq mahnıları,təsniflər və rəngarəng ifalar səsləndirilərək turistlərin və yerli əhalinin mədəni istirahəti təmin olunub. Rəhman Kamalaovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə start götürən tədbir Elşad Bağırov “Mahur təsnifi”,Yaşar Əkbərov “Segah təsnifi,Firdovsi Məmmədov “Şur təsnifi” ilə davam edib.Həmçinin tədbirdə çıxış edən gənc ifaçıların səsləndirdikləri musiqi nömrələri tədbirə daha bir rəng qatıb.
Keçirilməkdə olan tədbirlər planın davamı olaraq bu tipli tədbirlər bundan sonra da digər istirahət və əyləncə parklarında ,hərbi hissələrdə,uşaq əyləncə mərkəzlərində də davamlı olaraq keçiriləcəkdir.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər