Prezident İlham Əliyevin oğlu üçün əlamətdar gün - FOTOLAR
3-08-2017, 12:08
Oxunub: 4 414
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ailəsində əlamətdar gündür
Dövlət başçısının üçüncü övladı, Heydər Əliyevin doğum günü və yubileyidir. Belə ki, Heydər Əliyev 20 yaşını qeyd edir.
Qeyd edək ki, o, 1997-ci ilin 3 avqustunda Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Diplomatiya Akademiyasına qəbul olan Heydər Əliyev Beynəlxalq Münasibətlər ixtisasında təhsilini davam etdirir.
O, Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb.
2013-cü ildə orta təhsili başa vuran Heydər Əliyev təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızıl medalla bitirən H.Əliyevin adı təhsil aldığı Müasir Təhsil Kompleksində “Şərəf kitabı”na yazılıb.
Elə həmin il Azərbaycan prezidentinin oğlu Heydər ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. O, qəbul imtahanlarını da yüksək səviyyədə verərək, 590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.
20 yaşlı Heydər Əliyev bu il ADA Universitetinin bakalavriat pilləsini bitirib.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər