BolgeXeber.Com » Xəbərlər » Masallıda 33 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib-VİDEO

Masallıda 33 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib-VİDEO

3-08-2017, 14:35
Oxunub: 1 811 Masallıda 33 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib-VİDEOMasallıda 33 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib

Bölgə TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Şatıroba kəndində qeydə alınıb.
Kənd sakini 33 yaşlı Təyyar Quliyev səhər saatlarında kənd stadionunun yaxınlığında yaralı vəziyyətdə aşkar edilib. Dərhal hadisə yerinə polis əməkdaşları çağırılıb.Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə Masallı rayon mərkəzi xəstəxanasına aparılıb.Yaralı xəstəxanaya çatdırılsa da orada keçinib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin müayinə zamanı onun üzərində üç bıçaq yarası aşkar edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Yaxınlarının sözlərinə görə,Təyyar subay oğlan olduğundan mütəmadi olaraq, dostları ilə yeyib-içib şənlənir və gecələr evə gec gəlirmiş.

Faktla bağlı Masallı rayon prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.