FHN öz işçilərindən şikayət etdi, cinayət işi başlandı - Rəsmi
3-08-2017, 19:09
Oxunub: 2 628
Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aparılmış araşdırmalar zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunaraq saxlanması üçün Fövqəladə Hallar Nazirliyinə verilmiş 167 min 887 manat dəyərində pirotexniki məmulatların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər