BolgeXeber.Com » Xəbərlər » Türkiyə Super Kubokunun qalibi məlum oldu - VİDEO

Türkiyə Super Kubokunun qalibi məlum oldu - VİDEO

7-08-2017, 11:37
Oxunub: 1 842 Türkiyə Super Kubokunun qalibi məlum oldu - VİDEOTürkiyə Super Kubokunun qalibi müəyyənləşib

Həlledici matçda son ölkə çempionu "Beşiktaş" ilə Türkiyə Kubokunun qalibi "Konyaspor" üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma Konya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Bu, konyalıların tarixində ilk belə uğurdu. Bu göstəricidə rekord isə 15 dəfə oxşar uğura imza atan "Qalatasaray"a məxsusdu. "Beşiktaş" isə 8 dəfə Türkiyə Super Kubokunu qazana bilib. "Qara qartallar" 20-ci Super Kubok matçında 12-ci yenilgisini aldı.
"Konyaspor" 2 - 1 "Beşiktaş"
Qollar: Traore, 33, Skubiç, 91 - Cenk Tosun, 78