BolgeXeber.Com » Xəbərlər » "Araz" marketdə BİABIRÇILIQ: kiflənmiş kolbasa, milçək... - REAKSİYA -YENİLƏNİB(FOTO)
"Araz" marketdə BİABIRÇILIQ: kiflənmiş kolbasa, milçək... - REAKSİYA -YENİLƏNİB(FOTO)
8-08-2017, 13:42
Oxunub: 4 297
"Buzovna qəsəbəsində fəaliyyət göstərən sözügedən market yeni fəaliyyətə başlayıb və burada bütün infrastruktur yenidən qurulub"
Bolgexeber.com bildirir ki, bu gün saytımızda Araz Supermarketlər Şəbəkəsində neqativ hal ilə bağlı məlumat dərc olunmuşdur. Məsələ ilə bağlı Araz Supermarketlər Şəbəkəsi marketin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elvin Babayev tərəfindən Bolgexeber.com-a açıqlama verilib.
Açıqlamda deyilir:
Araz Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə daima önəm verərək, müştərilərinə təzə və keyfiyyətli məhsullar təqdim edir. Qeyd etdilən hal barədə bildirmək istəyirəm ki, Araz Supermarketlər Şəbəkəsində kolbasa və bu kimi digər məhsullara hər gün nəzarət olunur. Bu məhsulların saxlanma şəraitinə ciddi əməl olunur. Ümumiyyətlə isə servelat kolbasalarının üzərində adətən ağ rəngli təbəqə müşahidə olunur ki, bu da duzdur. Bu növ kolbasalarda saxlanma şəraitindən aslı olmayaraq duzlanma müşahidə olunur. Yəni kolbasanın üzəri bağırsaqla örtülü olduğu üçün məhsuldakı duz kütləsi bağırsağın üzərində toplanır. Buzovna qəsəbəsində fəaliyyət göstərən sözügedən market yeni fəaliyyətə başlayıb və burada bütün infrastruktur yenidən qurulub.
Müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarlarsa (012) 924 nömrəsinə zəng etmələrini xahiş edirik. Bundan başqa sosial şəbəkələrdə də bizə yazaraq məlumat verə bilərlər.
İbrahim Mahmudov
Bolgexeber.com
***
Bakıda "Araz" marketlər şəbəkəsində anti-sanitar vəziyyət hökm sürür
Bolgexeber.com PrimeTime.Az-a istinadən xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Araz" marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşır. Həmçinin, həmin marketdə kiflənmiş kolbasalar da satılır.
Sözügedən görüntüləri təqdim edirik:



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər