BolgeXeber.Com » Xəbərlər » Lənkəran meşələrində təhlükəsizlik tam təmin olunur-VİDEO

Lənkəran meşələrində təhlükəsizlik tam təmin olunur-VİDEO

8-08-2017, 17:44
Oxunub: 4 431 Lənkəran meşələrində təhlükəsizlik tam təmin olunur-VİDEOHələ qədim dövrlərdən bu yana Lənkəran rayonunda əsas landşaft tipi meşə örtüyü olub

Lənkəran rayonunda spesifik rütübətli iqlimin olmaması və daha çox isti havaların hökm sürməsi istisevər relikt ağacların və digər növ ağacların gümrah qalmasına şərait yaradır.
Lənkəran meşələri 150-dən artıq ağac və kol növlərini özündə birləşdirir. Bu meşələrdə əsas diqqət edilən məqam təhlükəsizliyin tam təminatıdır. Çünki təhlükəsiz meşələrdə qanunsuz ağac kəsilməsi halları da baş vermir.
Müxtəlif növ zərərvericilərin aktivləşdiyi aylarda onların başqa meşə zolaqlarına keçməsinin qarşısını almaq məqsədilə kimyəvi mübarizə tədbirləri görülür.
Meşələri qorumaq hər birimizin borcudur. Çünki meşələr ekologiyanı zərərli maddələrdən qoruyur və bizi təmiz hava ilə əhatə edir.
Bolgexeber.com