BolgeXeber.Com » Xəbərlər » İmişlidə kənd təsərrüfatı sahəsində qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır

İmişlidə kənd təsərrüfatı sahəsində qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır

8-08-2017, 17:50
Oxunub: 1 862 İmişlidə kənd təsərrüfatı sahəsində  qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır04 avqust 2017-ci il tarixdə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qax rayonunda keçirilən Respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı İmişli rayonunda ümumrayon müşavirəsi keçirilmişdir

Bolgexeber.com xəbər verir ki, 04 avqust 2017-ci il tarixdə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qax rayonunda keçirilən Respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı İmişli rayonunda 08 avqust 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyevin sədrliyi ilə ümumrayon müşavirəsi keçirilmişdir.Tədbirdə fermerlər, kənd zəhmətkeşləri, rayonun aqrar sahə üzrə aktivləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin başçısı ümumrespublika müşavirəsi barədə ətraflı çıxış etmiş, qarşıda duran həlli vacib məsələlər və verilmiş tapşırıqlar barədə yığıncaq iştirakçılarını məlumatlandırmışdır.

O, bildirmişdir ki, heç bir tarixi dönəmdə Azərbaycanda belə qısa müddətdə kənd təsərrüfatı sahəsində bu qədər səmərəli işlər görülməmişdir.Bələ ki, pambıqçılığın inkişafı ilə paralel taxılçılığın və baramaçılığın inkişafına da eyni qayğı göstərilir.Bu baxımdan qeyd edilən məhsulların iki il ərzində bir neçə dəfə artımının şahidi oluruq. Keçən il 5051 ha sahədə əkilmiş pambığın qarşılığında dövlətə 10 min tondan çox pambıq təhvil verilmişdir. Cari il üçün 17716.8 ha sahədə əkilmiş pambıq üçün 30 min ton məhsul əldə edilməsi hədəf kimi qarşıya qoyulmuşdur.
Baramaçılıqda 8 min 30 kq məhsul verilmişdir.Bu 2016-cı ilə nisbətdə iki dəfə artıq məhsul təhvil verilməsinə baxmayaraq obyektiv və subyektiv səbəblərdən göstərilən hədəfə nail ola bilmədik.Lakin, növbəti illərdə indidən görülmüş hazırlıqlarla bağlı, yəni, yeni tut tinglərinin əkilməsi və köhnə tut ağaclarının budanması və calaq edilməsi nəticəsində yüksək məhsul əldə edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.
Ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə taxıl əkinin inkişafına dair işlər də görülmüşdür.Belə ki, 17 min ha dan artıq sahədə taxıl əkilmiş və bol məhsul əldə edilmişdir. Bu da respublika rayonları arasında yüksək göstərici deməkdir.
Imişli rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyev İmişli rayonunda fındıqçılığın və tütünçülüyün inkişafına da yer verilməsinə və təcrübə üçün Beyləqan və İmişli rayonları arasdında yerləşən İmişli ərazisində fındıq əkininə başlanmasını tövsiyə etdi.
Tütünçülüyün inkişafı ilə bağlı isə Qaraqaşlı kəndi ərazisində ilkin olaraq əkilmiş 40 ha tütün sahəsindən əldən olunan gəliri əsas götürərək, gələcəkdə bu sahəni də inkişaf etdirərək bu ərazilərdə tütün qurutma məntəqələri inşa etmək və tütünə ayrılacaq əraziləri genişləndirmək nəzərdə tutulmuşdur.
İmişli rayon İcra Hakimiyyəti başçısından sonra tədbirdə çıxış edən natiqlər də ümumrespublika müşavirəsində verilmiş tapşırıqlara müəyyən çətinliklər olmasına baxmayaraq yorulmadan və əzmlə əməl edəcəklərinə söz verdilər.

İmişlidə kənd təsərrüfatı sahəsində  qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır
İmişlidə kənd təsərrüfatı sahəsində  qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır