2 yaşlı qızını götürüb sevgilisi ilə qaçan ana danışdı: - "Özüm belə istədim"
9-08-2017, 11:54
Oxunub: 3 031
Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib
Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb. Oxu.Az məsələnin təfərrüatını öyrənib. Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov məsələnin heç də qayınanasının dediyi kimi olmadığını deyib. "Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aytəni hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.
Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aytən Fuad qızı da Oxu.Az-a hadisəni təsdiqləyib. "Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”. Aytənin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər