Rövşən Lənkəranskinin qəbrini indidən... ZİYARƏTƏ BAŞLAYIBLAR
17-08-2017, 17:23
Oxunub: 4 148
Ötən il avqustun 17-dən 18-ə keçən gecə azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa Bulvarında qətlə yetirilib
Ölümündən bir neçə saat sonra cənazəsi doğulduğu Lənkərana xüsusi təyyarə vasitəsilə gətirilən "qanuni oğru" və ertəsi gün şəhərin Kiçik Bazar qəbiristanlığında atasının məzarının yaxınlığında dəfn edilib. Sabah Lənkəranda onun il mərasimi keçiriləcək.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, məzarı üstündə Rövşən Canıyevin heykəli qoyulub, qəbirüstü abidəsinə yeni yol çəkilib. Lənkəranskinin məzarı dəfn edildiyi vaxtdan indiyə qədər hər gün şəhər sakinləri tərəfindən ziyarət olunur.
Lənkəranskinin yaşadığı məhəllənin sakinləri əməkdaşımıza bildiriblər ki, il mərasimi sabah səhər saatlarından axşam saatlarına qədər davam edəcək.
Kriminal avtoritetə yaxın mənbələrin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Rövşən Canıyevin il mərasiminə MDB məkanının məşhur "qanuni oğruları" qatılacaq.
Amma Lənkəranskinin hüquq-mühafizə orqanlarında çalışan qardaşı Namiq Canıyev yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini bir o qədər də arzulamır. Çünki o, qardaşının yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər