BolgeXeber.Com » Xəbərlər » Dövlət Komitəsi: Balakəndə zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələ araşdırılır
Dövlət Komitəsi: Balakəndə zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələ araşdırılır
28-08-2017, 19:15
Oxunub: 2 491
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Balakən rayonunda zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələni araşdırır”
Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, Dövlət Komitəsinin Balakəndə məişət zorakılığına məruz qalmış uşaqlarla bağlı monitorinq qrupları fəaliyyət göstərir: “Onlara rəhbərlik səviyyəsində ailəyə baş çəkilməsi və hadisənin yerində araşdırılıb öyrənilməsi tapşırılıb. Onun psixoloji və fizioloji sağlamlığı ilə bağlı hansı tədbirlər həyata keçirilib və ya keçirilməsinin zəruriliyi öyrənilməlidir. Bundan sonra uyğun addımlar atılacaq. Yeniyetmə qız reabilitasiyası prosesi keçməlidir”.
A.Veysəlova bildirib ki, bu cinayət hadisəsi olduğundan hadisə hüquq-mühafizə orqanlarının nəzarəti altındandır: “Amma burada həm ailə məsələsi, həm məişət zorakılılğı, həm də uşağa qarşı qeyri-etik hərəkətlər olduğundan komitə də müvafiq tədbirlər görülməsi üçün addımlar atır”.
Dövlət Komitəsi rəsmisi qeyd edib ki, bu hadisənin əsasında ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, valideyn məsuliyyətsizliyi dayanır: “Atanın ögey qıza qarşı qeyri-əxlaqi davranışı həm də mənəvi cinayətdir. Doğma və ya ögey valideyn, qəyyum, himayəçi olmasından asılı olmayaraq, belə bir hadisə insanlığa yaraşmayan haldır, qınanılası məsələdir. Belə əxlaqda və düşüncədə olan adamlar ən azı sonlarını düşünərək qorxsunlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər