BolgeXeber.Com » Xəbərlər » İcra başçısının müavini sərxoş halda qəza törədən məmur oğlunu müdafiə etdi: "Onu niyə işdən çıxaraq ki?"
İcra başçısının müavini sərxoş halda qəza törədən məmur oğlunu müdafiə etdi: "Onu niyə işdən çıxaraq ki?"
29-08-2017, 16:02
Oxunub: 2 590
Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib
Xəbər verdiyimiz kimi, Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib. Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.
Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir. Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun 30 sutka inzibati həbs cəzası verib.
Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.
AZXEBER.COM olaraq mövzu ilə bağlı Ağdaş rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovla əlaqə saxladıq. Şöbə müdiri iş vaxtı olmasına baxmayaraq, telefonlara cavab vermədi.
İcra başçısının birinci müavini İsmayıl Yusifzadə isə mövzu ilə bağlı portalımıza açıqlama verib. İcra başçısının müavini müxbirimizin "Əsgərxan Həsənovla bağlı icra hakimiyyətinin daxili qaydalarına uyğun olaraq hansı tədbirlər görülüb?" sualına qeyri-adi cavab verib. İlk açıqlamasında hadisədən xəbərsiz olduğunu deyən icra başçısının müavini, daha sonra mövzu ilə bağlı danışmağa başlayıb. İ.Həsənovun müxbirimizlə söhbətini təqdim edirik:
- Əsgərxan Həsənov hazırda vəzifə başındadır?
- Əlbəttə ki işləyir. Mən sizi başa düşmürəm siz özünüz və ya qohum-əqrabanız yol hərəkəti qaydalarını pozmur?
- Ölkə başçısı hər zaman çıxışlarında məmurlara səslənir ki, ailə üzvlərinə nəzarət etsinlər. Sizin icra hakimiyyətinin şöbə müdirinin oğlu sərxoş vəziyyətdə qəza törədib.
- Sərxoşdur, sərxoş deyil bunu məhkəmə aydınlaşdırar. Sən mən, bunu deyə bilmərik. O hələ günahkardı, günahkar deyil bunu məhkəmə qərar verəcək. Bu nə sizin, nə də məni işimdir.
- Dövlət qrumları artıq bu barədə açıqlamalar veriblər. Xəbəriniz yoxdur?
- Azərbaycan hüquqi dövlətdir günahı varsa cəzasını çəkəcək.
- Son olaraq, icra hakimiyyətinin şöbə müdirinin oğlu "İnfiniti" ilə qəza törətməsindən sonra o vəzifədən kənarlaşdırılacaqmı?
- İcra hakimiyyətlilik burada nə iş var? Şöbə müdiri pozmayıb qaydanı. O qaydanı siz də poza bilərsiz, başqası də. Hamı qayda pozur. O niyə işdən çıxarılmalıdır ki?
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər