Dövlət Komitəsi: Azərbaycandakı bütün məscidlərdə azan eyni vaxtda verilməlidir
29-08-2017, 16:46
Oxunub: 2 435
"Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə azan eyni vaxtda verilməlidir”
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət qeydiyyatından keçən dini icmalar hüquqi məsuliyyətlərini düzgün anlamağa çalışır, adətən, fəaliyyətlərində ciddi qanun pozuntularına yol vermirlər: "Son illərdə, demək olar, dini icmalar cinayət və ya inzibati qaydada hər hansı qanun pozuntusuna yol verməyiblər. Amma bu da bütün dini icmaların fəaliyyətinin bizi qane edəcək səviyyədə olduğu demək deyil. Müşahidələr dini icmaların inzibati hüquq pozuntusu sayılmayan, lakin ölkədəki ümumi dini harmoniyaya xələl gətirə biləcək nöqsanlara yol verdiklərini göstərir. Bu da, əsasən, azanın fərqli vaxtlarda verilməsi, "Quran” kurslarının təşkili, dini icma rəhbərlərinin məsuliyyət daşıdığı məscid və ibadətxanalara qarşı biganəliyi və s. kimi məsələlərlə bağlıdır. Dini icma rəhbərlərinə nöqsanların dərhal aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilir. Bir daha xəbərdarlıq edirik ki, birlik və həmrəyliyimizin nümayişi üçün ölkənin bütün məscidlərində azan eyni vaxtda verilməlidir”.
N.Məmmədov bildirib ki, hüquq pozuntuları, əsasən, qeyri-qanuni fəaliyyət göstərən dini qruplarla bağlıdır: "Ümumiyyətlə, qanunvericiliyin pozulmasına görə il ərzində müxtəlif dövlət qurumları ilə birlikdə çoxsaylı tədbirlər görülüb. Bura dini ədəbiyyatların qanunsuz satışını həyata keçirmək, qanunsuz dini yığıncaqların təşkili kimi hüquq pozuntuları da daxildir. Bu hüquq pozuntuları ya cərimələrlə, ya da müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etməklə nəticələnib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər