BolgeXeber.Com » Xəbərlər » Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)

Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)

30-08-2017, 10:47
Oxunub: 8 543 Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)Ailəsi uşağı götürmək üçün polis bölməsinə çağrılıb

Qubada meşədə itkin düşən azyaşlı tapılıb.

Meşədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun vəziyyəti normaldır.

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu.

Quba Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 5 yaşlı Natiq Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
“Uşaq problemlidir, xəstəliyi var. Sudurğa keçirib. Hazırda həkimlər uşağın yanındadır. Ona tibbi yardım göstərilir”.
***
Qubanın Əski İqriq kəndi ərazisində itkin düşən 5 yaşlı Əliyev Natiq Namiq oğlu tapılıb.
Natiqin yaxınlarının Publika.az-a verdiyi məlumata görə, uşağın tapıldığı barədə polis ailəyə məlumat verib. Uşağın meşə ərazisindən tapıldığı bgildirilib.
Ailəsi uşağı götürmək üçün polis bölməsinə çağrılıb.
Quba rayon polis şöbəsindən verilən məlumata görə, uşaq müayinə olunmaq üçün xəstəxanaya aparılıb. Uşağın vəziyyəti normaldır.
***
Qubanın Əski İqriq kəndi ərazisində itkin düşən 5 yaşlı Əliyev Natiq Namiq oğlunun axtarışları davam edir.
Publika.az-ın ailə yaxınlarından əldə etdiyi məlumata görə, ötən gün saat 17 radələrində kənddə həmyaşıdları ilə oynayan Natiq tək meşəyə doğru gedib. Bir daha onu görən olmayıb. Həmin saatdan başlanan axtarışlar hələ ki, bir nəticə verməyib.
N.Əliyevin ailəsi rayon mərkəzində yaşayır. Onlar qohumlarından birinin xına mərasimində iştirak etmək üçün kəndə gediblər. Uşaq kənddə yerləşən istirahət mərkəzlərindən birinin yaxınlığında uşaqlarla oynayarkən birdən-birə yoxa çıxıb. Ailəsi də yaxınlıqda olub.
Yaxınları deyir ki, bu gün axtarışa Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da qoşulub, Bakıdan xüsusi itlər gətirilib.
Ailə uşağın qaçırılması iddiasını qəbul etmir. Onlar bunun ən sonuncu versiya ola biləcəyini düşünürlər. Kənddə onlara belə zərər vura biləcək bir düşmənləri olmadığını deyirlər.
Natiq autizmli uşaq olub, onun danışığında problem var.
Gülxar
***
Qubada 5 yaşlı uşaq itkin düşüb.
Əliyev Natiq Namiq oğlu bazar ertəsi saat 17:00 radələrində Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.
Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı itkin düşüb. Onlar, həmçinin uşağın sərbəst danışmaqda çətinlik çəkdiyini qeyd ediblər.
Hazırda Quba rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.
Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 070- 207-09-97.
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)
Qubada itkin düşən 5 yaşlı uşaq reanimasiyadadır - FOTO (YENİLƏNDİ)