BolgeXeber.Com » Xəbərlər » Masallıda dəhşətli qəza: 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb-VİDEO

Masallıda dəhşətli qəza: 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb-VİDEO

30-08-2017, 13:13
Oxunub: 2 050 Masallıda dəhşətli qəza: 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb-VİDEOLənkərana yasa gedən Bakı şəhər sakinləri, mərasimdən qayıdanda Masallıda ağır qəzaya düşüblər

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.Bölgə TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki,Lənkərandan yas mərasimindən qayıdan Bakı şəhər sakini, 52 yaşlı Nazim Həsənov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yoldan təqribən 30 metr aralıda meşəlik əraziyə düşüb. Nəticədə avtomobildə olan sərnişinlər 49 yaşlı Aidə Həsənova və Afər Əmrahov alınan xəsarətdən dünyasını dəyişib.
Avtomobilin sürücüsü və digər sərnişin Zamiq Həsənov ağır xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əməliyyat masasına yatırılan Zamiq Həsənovun vəziyyəti ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.