BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbirlərə yekun vurub

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbirlərə yekun vurub

30-08-2017, 14:59
Oxunub: 2 317 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbirlərə yekun vurubBərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı dövrdən etibarən əhalinin asudə vaxtının səmərəli təşkili olunmasına xüsusi diqqət yetirir

Bu məqsədlə tədbirlər proqramları və layihələr hazırlanaraq mədəniyyət müəssisələrində istirahət və əyləncə parklarında, hərbi hissələrdə, qaçqın şəhərciklərində mütəmadi olaraq görüşlər təşkil edilir.

15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü və yay turizm mövsümünə keçid dövrü ilə əlaqədar olaraq start götürən tədbirlər, hər həftə sonları və əlamətdar bayram günlərində də davam edib. “Ramazan Bayramı”, “2 iyun Polis günü”, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü”, “Milli mətbuat və jurnalistika günü”, “ 12 avqust – Beynəlxalq gənclər günü” və.s əlamətdar günlər də daxil olmaqla keçirilən tədbirlər əsas istiqamət olaraq əhalinin, yerli və xarici turistlərin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.

Regional İdarənin təşkilatçılığı ilə baş tutan bu tədbirlər idarənin tabeliyində olan klub müəssisələri, musiqi və incəsənət məktəbərinin yaxından iştirakı ilə keçirilib. Tanınmış incəsənət ustalarının ifasında səsləndirilən bir-birindən maraqlı və rəngarəng musiqi nömrələrləri ilə yadda qalan konsert proqramları geniş izləyici kütləsinin marağına da səbəb olub.

Bundan başqa tədbirlərdə Bərdə Turizm İnformasiya mərkəzi, Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi, Bərdə rayon MKS-nin sərgilədiyi Bərdə şəhərinin qədimliyi ilə müasirliyini əks etdirən suvenirlər, kitablar, məlumatlandırıcı nəşrlər, yerli sakinlər tərəfindən muzeyə hədiyə olunmuş tarixi eksponatlar və hədiyyələr böyük maraqla izlənib.

Regional İdarə üzrə tədbirlər planına uyğun olaraq keçirilən bu tipli silsilə tədbirlərə Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Hacallı kənd Folklor klubunun təqdim etdiyi konsert proqrami ilə yekun vurulub.

Regional İdarənin təşkilatçılığı və Folklor klubunun iştirakı ilə keçirilən konsert proqramı həmişə olduğu kimi bu dəfə də böyük izləyici marağına səbəb olub.

Tədbirdə çıxış edən Hacallı kənd Folklor klubun direktoru Xaqani İmanov belə konsertlərdə iştirakın yeni istedadların üzə çıxarılmasında müsbət rolundan danışıb. Bildirilib ki, əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirilməsi və əlamətdar günlərin qeyd olunması məqsədiylə park və meydanlarda yerli sakinlərə və turistlərə rayon incəsənət ustalarının və həvəskar musiqiçilərin iştirakı ilə bayram konserti təqdim edilir.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində olduğu kimi bu cür tədbirlər Yevlax və Mingəçevir şəhər, o cümlədən Tərtər rayon nümayəndəliyində də davamlı olaraq təşkil edilib. İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində istirahət və əyləncə parklarında, hərbi hissələrdə, qaçqın şəhərciklərində hər həftə sonu keçirilən bu tədbirlər əhali tərəfindən böyük coşğu hissi ilə qarşılanıb. Onu da qeyd edək ki, bu cür konsert proqramları, MKS və Tarix muzeylərinin sərgiləri regionun turizm potensialının daha da qabarıq şəkildə üzə çıxarılmasına kömək edir.

Bütün bunlarla yanaşı prioritet istiqamətlər müəyyən edən Regional İdarə müvafiq tədbirlər planı, layihələr hazırlayaraq davamlı olaraq mədəniyyətimizin təbliği , “Qarabağ” mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə yüksək səviyyədə təmsili barədə də tədbirlər həyata keçirir.
Bolgexeber.com