BolgeXeber.Com » Xəbərlər » Məktəb bufetlərində vəziyyət necədir? – VİDEO

Məktəb bufetlərində vəziyyət necədir? – VİDEO

31-08-2017, 10:14
Oxunub: 2 188 Məktəb bufetlərində vəziyyət necədir? – VİDEOİki aylıq fasilədən sonra məktəb yeməkxanalarında ciddi hazırlıq işləri görülür

Bolgexeber.com-un Xəzər TV-yə istinadən məlumatına görə, yeməkxanaların gigiyenik normalara cavab verməsi üçün əsaslı şəkildə təmizlik aparılır, bufetlərdə çalışacaq şəxslərə məktəbdə satılması qadağan edilən məhsullar barədə geniş məlumat verilir.

Bakı şəhər üzrə təhsil idarəsinin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov bildirir ki, məktəb yeməkxanalarına yeyinti məhsulları ilə təchiz edilən şirkətlərə də yeni tədris ilində də standartlara əməl edilməsi üçün göstəriş verilib.

Sektor müdirinin sözlərinə görə məktəb yeməkxanalarında standarta uyqun olmayan qidalar satılarsa buna yol verən müəssisə ilə müqavilə ləğv ediləcək. Şahin İsgəndərov onu da vurğulayıb ki, ötən il ərzində məktəblilərin qidadan zəhərlənməsi halı cəmi bir dəfə müşahidə edilib ki, araşdırma zamanı həmin qidanın da valideyn tərəfindən kənardan alınaraq məktəbə gətirildiyi müəyyən edilib. Eyni zamanda valideynlərdə məktəb yeməkxanalarında satılan qidaların keyfiyyəti və standartlara cavab verməsinə nəzarət edə bilərlər.