XİN: Bu, nazirlərin görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır
31-08-2017, 16:46
Oxunub: 3 101
"Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır
Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri tərəfindən atəşkəsin pozulması halı qeydə alınmadığı halda, Ermənistan tərəfi bu kimi yalanla çıxış edir".
Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu, sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır.
"Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir", - deyə H. Hacıyev qeyd edib.
Sosial səhifələrdə paylaş
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər