İlan özündən böyük ilanı uddu - VİDEO
1-09-2017, 12:42
Oxunub: 7 397
Zəhərli kreyt ilanı özündən uzun və böyük yaşıl tənək ilanını udmuşdu
O, sonradan şikarını qusub.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Kerala ştatında, Kottiyaur qoruğunun yaxınlığındakı Nila kəndində, süd fermasında yaşanıb.
Fermadakı kəndlilər zəhərli kreyt ilanını görəndə polisə zəng vurublar. Polis də hadisə yerinə ilan tutan Sucit Vayanadı yollayıb.
"Nila kəndindəki süd fermasında çalışanlar çox qorxmuşdular. Onların dediklərinə görə, yaxında zəhərli ilan vardı. İlanı kolluqda gördüm. Oraqla kolun budaqlarını kəsdim və ilanı quyruğundan tutub çıxardım. İlanın bədəninin yoğunlaşdığını görəndə anladım ki, o, özündən böyük ilan udub", - S.Vayanad söyləyib.
Kreyt ilanının uzunluğu 100 sm, onun udduğu ilanın uzunluğu isə 140 sm idi.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər