BolgeXeber.Com » Xəbərlər » "Mədəniyyətimizi göstərməliyik" - Bayramdan sonra yaranan çirkin mənzərə - VİDEO - FOTO

"Mədəniyyətimizi göstərməliyik" - Bayramdan sonra yaranan çirkin mənzərə - VİDEO - FOTO

2-09-2017, 10:57
Oxunub: 1 681 "Mədəniyyətimizi göstərməliyik" - Bayramdan sonra yaranan çirkin mənzərə - VİDEO - FOTOBu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bolgexeber.com ARB TV-yə istinadən xəbər verir ki, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.

Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.

Qəssab: "Özümüz yığıb aparırıq gedəndə. Elə şey olar?"

Qəssab: "Axşam gedəndə özüm təmizlərtdirib gedəcəm. Özümə mən başqa söz gətizdirə bilmərəm. Mədəniyyətimizi göstərməliyik".

Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişliq şöbəsinin müdiri Zahid Nəsibli də deyir ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir.

Belə görünür ki, ümid həmin sahibkarlara qalır. İnanırıq ki, əraziyə məsul aidiyyatı orqanlar bayram ətinin ləzzətli qoxusunun küçələrdəki natəmizlik iyinə qarışmasına imkan verməyəcəklər.