BolgeXeber.Com » Xəbərlər » Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır-FOTO
Füzulidə Qurban bayramı münasibətilə şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır-FOTO
2-09-2017, 11:38
Oxunub: 2 888
Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da qeyd olunmuşdur
Bolgexeber.com xəbər verir ki,Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində Qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanmışdır. Alı Alıyev rayon sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik etmiş, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin tapşırığı ilə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Allahverdiyeva sahibə İdris qızının ailəsinə baş çəkmiş, onlara bayram sovqatı təqdim edilmiş, Qurban bayramlarını təbrik olunmuşdur.
Bayram münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ərazidəki icra nümayəndələri tərəfindən hər bir kənd və qəsəbədə qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanılmış, Bakı və Sumqayıt şəhərində məskunlaşan şəhid ailələrinə isə bayram sovqatları verilmişdir.
Şəhid və aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər