BolgeXeber.Com » Xəbərlər » Masallı Rafiq qulağının qisasını aldı? – Tiflisdə güllələnən avtoritetin qətlinin təfərrüatı
Masallı Rafiq qulağının qisasını aldı? – Tiflisdə güllələnən avtoritetin qətlinin təfərrüatı
13-09-2017, 18:16
Oxunub: 4 040
Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb
42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.
Məlumata görə, Elşən Məmmədov "Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.
Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt "Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub. Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov "Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.
Bir müddət öncə o, "Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovurestorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.
Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.
Güman olunur ki, onun qətlini təkcə Rafiq Eyvazov deyil, həmçinin onun yaxın dostu olan və Rövşən Lənkəranskiyə görə qisas alacağını deyənZaur Əhmədov sifariş verib.
Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər