BolgeXeber.Com » Xəbərlər » Bakıda tükləri BİZ-BİZ EDƏN HADİSƏ: - Ana qucağındakı körpəsini xilas etdi, özü isə öldü
Bakıda tükləri BİZ-BİZ EDƏN HADİSƏ: - Ana qucağındakı körpəsini xilas etdi, özü isə öldü
14-09-2017, 13:22
Oxunub: 2 804
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində avtobusun törətdiyi qəza nəticəsində 29 yaşlı qadın ölüb:
“Qadın yanında azyaşlı uşağı ilə yolu keçərkən avtobus onu vurub. Avtobusun üstünə gəldiyini görən qadın uşağını kənara itələyib. Avtobus qadını vurub, o hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”.
***
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində olan müxbirin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər