BolgeXeber.Com » Xəbərlər » Qurban Qurbanovdan “Çelsi”dən 6 qol buraxan Şehiçə ağır cəza

Qurban Qurbanovdan “Çelsi”dən 6 qol buraxan Şehiçə ağır cəza

15-09-2017, 11:56
Oxunub: 2 622 Qurban Qurbanovdan “Çelsi”dən 6 qol buraxan Şehiçə ağır cəzaÖlkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib

Bolgexeber.com futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı “çərçivə qoruyucu”su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.