“Nar” yeni yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi
15-09-2017, 16:42
Oxunub: 2 790
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi
Şirkətdən Bolgexeber.com daxil olmuş məlumata görə, bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.
Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində “Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və qüsursuz olmasını təmin edir. “HD-Voice” sayəsində “Nar” abunəçiləri üçün uzun telefon danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.
Mobil rabitə cihazı “HD-Voice” və 3G-ni dəstəkləyən istənilən “Nar” abunəçisi xidmətdən yararlana bilər. Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.
Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “Nar”-ın şəbəkəsi 6000-dən artıq baza stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan “Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər