BolgeXeber.Com » Xəbərlər » Məktəbin möhürü olan dərslik kitab mağazasında satılıb

Məktəbin möhürü olan dərslik kitab mağazasında satılıb

19-09-2017, 09:32
Oxunub: 2 018 Məktəbin möhürü olan dərslik kitab mağazasında satılıb Dərs ləvazimatları mağazasında üzərində məktəbin möhürü olan kitab satılıb

Hadisə paytaxt sakini Dilbər Əliyevanın başına gəlib. O, nəvəsinə 4-cü siniflər üçün nəzərdə tutulan Azərbaycan dili dərsliyi alıb. Evə gəldikdə isə həmin kitabın içində Binəqədi rayon 276 nömrəli məktəbin möhürünün olduğunu görüb.
Mağazadan isə "Xəzər Xəbər"ə hadisədən xəbərsiz olduqlarını dedilər.
Satıcı Aqil Hüseynovun sözlərinə görə, sözügedən kitabı onlar bir xanımdan alıblar və həmin kitabın möhürlü olduğunu bilməyiblər.
276 nömrəli məktəbin direktor müavini Saleh Mirzəyev deyir ki, məktəbə aid olan kitab heç vaxt məktəb tərəfindən hansısa bir mağazaya satıla bilməz.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirildi ki, istənilən halda bu məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək.