Füzulidə pambıq yığımı davam edir - FOTOLAR
19-09-2017, 10:39
Oxunub: 1 745
Prezident cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir
Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilmişdir. Pambıq əkilən 2050 ha sahəsi MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilmişdir.
Bolgexeber.com xəbər verir ki, hazırda rayonda pambıq yığımına başlanılmışdır. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 70 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilmişdir. Orta məhsuldarlıq isə 23-25 sentner olmuşdur. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində kilmiş 2050 ha sahədə füzulili pambıq istehsalçıları tərəfindən 4000 tona yaxın məhsul yığılması gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilmiş və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılmışdır.
Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü məntəqəsinə o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsi təhvil verirlər.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər