BolgeXeber.Com » Xəbərlər » “TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO

19-09-2017, 13:15
Oxunub: 1 826 “TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO“TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir

Bolgexeber.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.