Yevlaxda dərslik böhranı - Kitablar pulla satılır
19-09-2017, 13:39
Oxunub: 2 505
Orta məktəblərdə ibtidai sinif dərsliklərinin çatışmazlığı yaranıb
Bu barədə açıqlamasında Yevlax rayon 7 saylı orta məktəbdə dərs alan şagirdlərin valideynləri bildirib. Valideynlər qeyd edib ki, onlara sözü gedən məktəbdən 2-ci sinif üçün dərs vəsaitlərinin öz hesablarına əldə etmələri deyilib:
“Tək 7 saylı orta məktəbdə deyil, Yevlax rayonunun bir sıra təhsil müəssisələrində dərsliklər tapılmır. Məktəbə kitablar say ilə gəlib. Amma şagirdlərin bir çoxuna dərs vəsaiti verilməyib. Məktəbdən bildiriblər ki, “kitab şagird hesabına gəlməyib, gedin özünüz alın”. O dərsliklərin qiymətləri 6 manatdan çoxdur. Axı bizim o kitabları almağa imkanımız yoxdur. Kitabın arxasına “pulsuz” yazılıb. Belə bir halda biz o kitaba niyə pul verək”?
Valideynlər Təhsil Nazirliyindən problemlərinin həlli üçün kömək istədiklərini qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər