Donetskdə separatçı "nazir"in avtomobili partladıldı
23-09-2017, 13:35
Oxunub: 2 609
Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış baş verib
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, separatçı "Donetsk Xalq Respublikası"nın gəlirlər və yığım "naziri" Aleksandr Timofeyevə sui-qəsd edilib. Onun avtomobili partladılıb. Nəticədə A. Timofeyev kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
Şəhərin Sülh prospekti ilə Ulrix küçəsinin kəsişməsində baş verən hadisə zamanı daha 7 nəfər xəsarət alıb.
Qeyd edək ki, "Saşa Taşkent" ləqəbi ilə məşhur olan A. Timofeyev Donetsk aeroportunda Ukrayna ordusu ilə ağır döyüşlər aparan "Oplot" hərbi dəstəsinə rəhbərlik edib. Qondarma respublikanın elan edilməsindən sonra o, gəlirlər və yığım naziri, 2016-cı ildə isə həm də baş nazirin müavini təyin olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər