Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO
25-09-2017, 11:57
Oxunub: 2 619
Bakının Sabunçu rayonundakı "26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib
Həmin küçə "2 aprel” adlandırılıb.
Report məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib.
Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin "26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

report
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər