Vüqar Qaradağlı rəhbərlikdən uzaqlaşdırıldı - ATV-də yeni prezident
26-09-2017, 15:31
Oxunub: 3 945
ATV kanalının prezidenti Vüqar Qaradağlının işdən çıxarılması və yeni təyinatla bağlı açıqlama verilib
ATV kanalının prezidenti təyin olunan Azər Xəlilov bizimyol-a açıqlamasında məlumatın doğru olduğunu bildirib.
"Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq".
14:25
ATV prezidenti Vüqar Qaradağlı telekanal rəhbərliyindən uzaqlaşdırılıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin iştirakı ilə keçirilən iclasdan sonra bu qərar verilib.
Əldə etdiyimiz məlumata görə, ATV-yə müvəqqəti olaraq CBC telekanılının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.
Qeyd edək ki, Vüqar Qaradağlının işdən çıxarılmasına Turan İbrahimovun öz proqramında dövlət əleyhinə ifadələr işlətməsi səbəb göstərilir.
Xatırladaq ki, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.
Məlumata görə, kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, “qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib.
Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq, hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər