Azərbaycanda dəhşətli qəza: ölən 7 nəfərdən 3-ü uşaqdı - ADLAR
27-09-2017, 12:00
Oxunub: 1 538
Ötən gecə İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb
Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.
Məlumata görə, "Opel Zafir" markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu aldıqları xəsarətdən hadisə yerində ölüb.
"Opel Zafira"ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib.
"Toyota Prado" nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər