BolgeXeber.Com » Xəbərlər » Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO

Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO

27-09-2017, 14:04
Oxunub: 4 485 Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü münasibəti ilə silsilə tədbirlər təşkil edib

1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur ki, bu ölkələrdən biri məhz doğma yurdumuz Azərbaycandır. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir.

Ölkəmizdə keçirilən müxtəlif beynalxalq tipli oyunlara, festivallara, müsabiqələrə ev sahibliyi edən ölkəmizə turist axını davamlı olaraq artmaqdadır. Sözsüz ki, bu axın uğurlu yerli və xarici siyasətin bariz nümunəsidir.

Turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin, oyunların, müsabiqələrin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir.

2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgi”lərinin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verib. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq baxımından bu tədbirlər böyük əhəmiyyət daşıyır.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də Turizmin inkişafı istiqamətdə mütəmadi olaraq tədbirlər təşkil edir. Turistlərin mədəni istirahətlərini səmərəli şəkildə təşkil edən idarə istirahət və əyləncə parklarında, meydanlarda müxtəlif tipli əyləncəli proqramları həyata keçirir. Yerli mədəniyyət ustalarının iştirakı ilə baş tutan tədbirlər böyük maraqla izlənir.

Əlamətdar tarixi günləri və bayram günlərini silsilə tədbirlərlə qeyd edən Regional İdarə bu dəfə də 27 sentyabr – “Ümumdünya Turizm Günü”nü geniş şəkildə qeyd edib. İdarənin tabeliyində olan bütün şəhər və rayon nümayəndəliklərində baş tutan tədbirlər böyük izləyici kütləsinin marağına səbəb olub.

İdarənin Yevlax şəhər nümayəndəliyində keçirilən tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Dəyirmi masa ətrafında təşkil edilən tədbirdə çıxışlar səsləndirilib və Azərbaycanın, o cümlədən regionun turizm potensialı müzakirə olunub. Çıxış edən Regional idarənin Yevlax şəhər nümayəndəliyi üzrə məsləhətçisi Rafiq Məmmədov vurğulayıb ki, : - “Bu gün Azərbaycanda turizmin inkişafı üçün böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızda turizm sahəsi böyük uğurlar qazanır və inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, ölkənin bütün regionlarında yeni turizm obyektləri tikilir, mədəni-tarixi abidələr bərpa edilir”.

Çıxışçılardan Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov isə qeyd edib ki, : - “Son illər Azərbaycanın regionlarına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu da öz növbəsində turizmin inkişafına, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradır. Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə mərkəz tərəfindən mütəmadi olaraq məlumatlandırıcı çap məhsulları, suvenirlər, hədiyyələr hazırlanaraq nümayiş olunur. Həmçinin, biz ən yaxın vaxtlarda Bərdə rayonunun turist xəritəsini də hazırlayıb turistlərin istifadəsinə verəcəyik.”

Dəyirmi masada Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev və digərləri də çıxış edib. Onlar son dövrlər turizm sahəsində aparılan islahatlardan, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsindən, Azərbaycanın dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlərdə iştirakından söz açıblar.

Tədbir Yevlax şəhər Tarix muzeyinin şəhər əhalisi tərəfindən muzeyə hədiyə olunmuş eksponatlarının sərgisi, həmçinin, Yevlax şəhər MKS-nin Yevlax şəhərindən, o cümlədən Azərbaycanın turizm potensialından bəhs edən kitabların sərgisi və Bərdə Turizm İnformasiya mərkəzinin çap məhsulları və suvenirləridən ibarət səgilərinə baxışla davam edib.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində də 27 sentyabr – “Ümumdünya Turizm Günü” geniş şəkildə qeyd edilib. Heydər Əliyev adına park-bulvar kompleksində, Tərtər çayı üzərindəki qədim körpünün yaxınlığında təşkil olunan tədbirdə şəhər əhalisi, mədəniyyət işçiləri, o cümlədən rayona təşrif buyurmuş turistlər iştirak edib.

Tədbiri giriş sözü ilə Regional İdarənin məsləhətçisi Validə Nabatova açıb. O qeyd edib ki, : - “2011 ci ilin ölkəmizdə möhtərəm Prezidentin sərəncamı ilə Turizm ili elan edilməsi, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi, son dövrlər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin uğurlu və məntiqli nəticəsi olaraq Azərbaycan Turizm məkanına çevrilmişdir. Bu inkişaf həmçinin bölgələrdə də sürətlə davam edir. Məhz 500 ilə yaxın paytaxt şəhər olmuş dünya əhəmiyyətli, respublika və yerli əhəmiyyətli tarixi abidələri ilə zəngin Bərdə şəhəri də bu bölgələrdən biridir.

Daha sonra tədbir 27 sentyabr – “Ümumdünya Turizm Günü”nə həsr olunmuş rəngarəng konsert proqramı ilə davam edib. Ərəstun Əliyev, Fuad Əzizzadə, Firdovsi Məmmədov kimi tanınmış yerli incəsənət ustaları ilə birlikdə Kətəlparaq kənd uşaq musiqi məktəbinin şagirdi olan Ramil Məmmədli və şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Ruslan Cəfərovun ifası izləyicilər tərəfindən gur alqışlarla qarşılanıb. Bundan başqa tədbirdə rəqs və aşıq musiqisi də ifa edilib.
İdarənin Mingəçevir şəhər nümayəndəliyi də 27 sentyabr – “Ümumdünya Turizm Günü”nü qeyd edib. Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə iştirakçılar öncə mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar. Daha sonra tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlərindən bəhs edilib. Tədbir Mədəniyyət Mərkəzinin təşkil etdiyi geniş konsert proqramı ilə davam edib.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində 27 sentyabr Ümumdünya Turizm günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Tərtər rayon Mədəniyyət Mərkəzində, Heydər Əliyev Mərkəzində dəyirimi masalar təşkil edilib.

Keçirilən dəyirimi masalarda Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyinin baş məsləhətçisi Gündüz Mürsəlov çıxış edərək Turizm təşkilatının yaranma tarixindən, Ümumdünya Turizm Təşkilatı kimi formalaşmasından, 27 sentyabrın Ümumdünya Turizm Günü kimi təsis edilməsindən və bu günün ölkəmizdə qeyd olunmasıından danışıb. Bundan başqa Gündüz Mürsəlov çıxışında müasir Azərbaycanının zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə, geniş və müasir infrastruktura malik olmasından və hal-hazırda turizm sektorunun ölkəmizdə sürətli inkişafından bəhs edib.

Daha sonra Mədəniyyət Mərkəzinin direktoru T.Məmmədov, Heydər Əliyev Mərkəzinin Direktoru S.Yusifova, Tarix-diyarşünaslıq muzeyinin müdiri A.Məmmədova və digər mədəniyyət işçiləri Tərtər rayonunun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən, həmin tarix-mədəniyyət abidələrinin turist marşutlarına daxil edilə biləcəyindən danışıblar.

Ümumdünya Turizm Günü ilə əlaqədar olaraq silsilə tədbirlər bununla bitmir. Belə ki, növbəti tədbir Tərtər rayon Mərkəzi Kitabxana Sistemi və Tərtər rayon Tarix-diyarşünaslıq muzeyi tərəfindən Tərtər rayon Mədəniyyət və İstirahət parkında təşkil edilib.

Sərgidə rayonun ,bölgənin təsərrüfat, məişət və digər sahələrinin tarixini özundə əks etdirən maddi-mədəniyyət nümunləri, o cümlədən dünyada və ölkəmizdə turizm mövzularına həsr olunmuş kitab, braşura və digər materiallar da sərgilənib.

Sərgiyə rayon əhalisi ilə yanaşı rayona gələn yerli və xarici turistlər də çox böyük maraq göstərib. Onlara nümayiş etdirilən eksponatların tarixi, onların istifadə olunduğu sahələr barədə geniş məlumatlar verilib.

Bundan başqa Tərtər rayon Mədəniyyət Mərkəzi tərəfindən Tərtər şəhər Mədəniyyət və İstirahət parkında Ümumdünya Turizm Gününə həsr olunmuş böyük konsert proqramı da təşkil olunub.

Konsert proqramında dövlətçilik və vətənpərvərlik ruhunda mahnılar, Azərbayacan xalq mahnıları və muğamları ifa olunub.
Bolgexeber.com
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO
Bərdədə Turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm günü qeyd olunub-FOTO